Texnologiya Universitetinin əməkdaşı Prezidentə Müraciət etdi! saxta iddialarla ...

23-07-2018, 17:03           
Texnologiya Universitetinin əməkdaşı Prezidentə Müraciət etdi! saxta iddialarla ...
Cənab prezident! Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də, hansısa nailiyyətlər əldə etmək üçün bu istiqamətdə gördüyünüz işlərin daha şəffaf olması qaçılmazdır. Bir neçə il də təhsil sahəsində yeni nailiyyətlərin əldə edilməsinə, uğurlara imza atılmasına baxmayaraq, bu gün hələ də bu sahədə kifayət qədər ciddi qüsurlar, həmçinin problemlər var ki, bu da hər bir Azərbaycan vətəndaşı kimi, təhsil işcisi kimi, məni narahat edir.

Gundeminfo.az-a yazan Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev daha sonra bildirir:

"Bununla sayca bir neçə dəfədir mətbuatda sizə və dövlət orqanlarına müraciətlərim, Azərpoçt vasitəsi ilə rəsmi məktublarım olub. Şikayətlərimə pərdəarxasından baxaraq heç bir nəticə göstərməyiblər.Sizə şikayətim yenidən Texnologiya Universitetinin rektoru Akif Süleymanovdandır. A.Süleymanov üçün idarəçilikdə heç bir sərhəd, qayda qanun yoxdur.Onun törətdiyi qanunsuzluqlardan bəzilərini, yəni rəsmi sənədlərdə olanlarını nəzərinizə çatdırıram.
Mən Azər Allahverdiyevin Texnologiya Universitetinin rektoru Akif Süleymanov tərəfindən üzərinə şər-böhtan atılaraq işdən kənarlaşmışam. Akif Süleymanov tərəfindən üzümə iki qız qoyulub".


Bunlardan biri Texnologiya Universitetin “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilovadır, digəri tanımadığım universitetin tələbəsi Cəmilə Əsgərzadədir. Onuda qeyd edim ki, mənim üzümə qoyulan qızlardan biri, Texnologiya Universitetinin “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Xəlilovanın atası Gəncə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur. Bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdim. 25 dekabr 2017 ci ildə Kəpəz rayon məhkəməsi tərəfindən mənə verilən əmrlər ləğv olunaraq bir ay ərzində işə qayıtmağıma qərar çıxarıldı. Qarşı tərəf Kəpəz rayon məhkəməsinin qərarını apellasiya məhkəməsinə müraciət etmişdir. 4 İyun 2018 ci ildə Gəncə Şəhər Apellasiya məhkəməsində yenidən bəraət aldım.

Üzümə duran qızlardan biri, Texnologiya Universitetinin Qiyabi və Distant təhsil mərkəzinin mütəxəssisi, Zamiqə Xəlilova rektor Akif Süleymanova ərizəsində bildirib ki:

Yazıb sizə bildirirəm ki, universitetin işçisi Azər Allahverdiyev 1 il ərzində universitet daxilində məni təqib edərək narahatlığa səbəb olmuşdur. Onu rəhbərliyə şikayət edəcəyimi dedikdə isə rəhbərlik haqqında uyğunsuz sözlər işlədərək qorxmadığını bildirmişdir. 18.10.2017 ci il tarixdə isə tələbəm sinifdə olduğu vaxt qapını açaraq mənə qarşı uyğunsuz sözlər işlətmişdir. Xahiş edirəm şikayətimi nəzərə alasınız. (İmza: Z.Xəlilova 19.10.2017)

Şöbə müdiri Kamil Süleymanov rektor Akif Süleymanova ərizəsində bildirir ki: Yazıb izə bildirirəm ki, 18 oktyabr 2017 ci il tarixdə Azər Allahverdiyev bütün iş günü işdə olmamışdır.
Kamil Süleymanovun rektor Akif Süleymanova yazdığı ərizənin surəti...

Üzümə duran universitetin Qiyabi və distant təhsil mərkəzinin mütəxəssisi Zamiqə Yuris qızı Xəlilovanın, tələbə Cəmilə Əsgərzadənin Etika Komissiyasının 4 saylı protokolunda verdiyi izahatların surəti:
ATU-nun Etika Komissiyasının 19 oktyabr tarixində keçirilən iclasının 4 saylı PROTOKOLU surəti.
İştirak etdilər: Etika komissiyasının 7 nəfər üzvlərindən 7 nəfəri:
Gündəlik məsələ
1. Universitetin daxili nizam – intizam qaydalarını, universtetin əməkdaşı Azər Abbas oğlu Allahverdiyev tərəfindən pozulması halının müzakirəsi.
Eşidildi: Etika Komissiyasının sədri Mətləb Oktay oğlu Əliyev bildirdi ki, 19 oktyabr 2017-ci il tarixdə universitetin bir nəfər müəlliməsi Xəlilova Zamiqə və universitetin II kurs tələbəsi Əsgərzadə Cəmilə tərəfindən təqdim olunmuş ərizələrdən məlum oldu ki, universitetin əməkdaşı Azər Allahverdiyev dərs zamanı sinifə daxil olub, müəlliməni uşaqların gözü qarşısında təhqir edərək hədələmiş və rəhbərlik haqqında nalayiq sözlər işlətmişdir. Təqdim olunmuş ərizələrə rektor A.Ş.Süleymanov tərəfindən dərkənar qoyulmuş və qeyd edilmişdir ki, etika komissiyası məsələni ciddi araşdırsın, təklif versin və universitetin nizam-intizamının təmin edilməsinə və korpuslarda növbətçilərin təyin olunmasına nəzarət etsin.
Etika Komissiyasının sədri Mətləb Oktay oğlu Əliyev bildirdi ki, bununla əlaqədar olaraq etika komissiya iclasına ərizəçi Xəlilova Zamiqə, Əsgərzadə Cəmilə və universitetin baş hüquqşunası Bahadur Məmmədəliyev dəvət olunmuşdular. Mərkəzin direktoru Kamil Süleymanov vasitəsilə Azər Allahverdiyev etika komissiyasının iclasına dəvət olunmuş, lakin A.Allahverdiyev gəlməmişdir.
Çıxışlar:
1. Söz ərizəçi Xəlilova Zamiqə Yuris qızına verildi. Zamiqə Xəlilova öz çıxışında bildirdi ki, bir ildir ki, Azər Allahverdiyev mənim yolumu kəsib məni təhqir edir, iş yerində işə maneçilik törədir, hədələyir və qorxudur. Onu rəhbərliyə şikayət edəcəyimi dedikdə isə rəhbərlik haqqında nalayiq sözlər işlədərək heç kimdən qorxmadığını bildirmişdir. Ərizədə qeyd olunmuş hadisənin bir neçə şahidi də var. Xəlilova Zamiqə etika komissiyasının üzvləriindən xahiş etdi ki, həyatına ciddi təhlükə olduğu üçün Azər Allahverdiyev barəsində ciddi tədbir görülsün.
2. II ərizəçi tələbə Əsgərzadə Cəmiləyə söz verildi. Əsgərzadə Cəmilə çıxış edərək bildirdi ki, 18 oktyabr 2017-ci il tarixdə mən və müəllimə sinifdə olarkən universitetin işçisi Azər Allahverdiyev qapını açaraq sinifə özbaşına daxil olaraq müəlliməyə qarşı xoşagəlməz sözlər işlədərək müəlliməni hədələmiş və təhqir etmişdir.
3. Etika Komissiyasının üzvlərindən Nazim Kərimov qeyd etdi ki, bu hadisə çox ciddi və cinayət tərkibli olduğu üçün məsələyə universitetin baş hüquqşunasını da dinləməyi təklif edirəm.
4.Universitetin baş hüquqşunası Bahadur Məmmədəliyev çıxış edərək bildirdi ki, bu təhsil işçisinə yaraşmayan hərəkətdir və dərs vaxtı, iş vaxtı işçilərin əmək haqqlarını və qanuni mənafelərini pozmaq qanunla qadağan olunur və həmin gün üçün mərkəzin direktorunun da fikirlərini öyrənməyə ehtiyac duyulur.
5. Komissiyanın üzvlərindən Alya Pənahova, Musa Cəfərov, Nazim Vəliyev, Röyşən Hacıyev, Mərdan Tağıyev, və Nazim Kərimov da məsələnin çox ciddi və xoşagəlməz olduğunu işçinin əmək funksiyasının da pozulduğunu bildirdilər.
Qərara alındı:
1.Azər Abbas oğlu Allahverdiyevə töhmət verilməsi məqsədəuyğundur.
2. Universitetin bütün korpuslarında növbətçilik təşkil edilsin.
Leyhinə - 7
Əleyhinə - yox
Bitərəf – yox
İclasın sədri: Mətləb Oktay oğlu Əliyev
İclasın katibi: Musa H. Cəfərov
ATU-nun Etika komissiyasının 19 oktyabr tarixində keçirilən iclasının 4 saylı PROTOKOLU-nun surəti:















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.