FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTOLAR

13-08-2018, 12:30           
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin generalı Bakıda 25 milyonluq otelin sahibidir.

Teref.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi 63 A ünvanında yerləşən 4 ulduzlu ""Lake Palace" oteli FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyeva məxsusdur. Müassir və klassik üslubda ətrafında süni göl yaradılaraq tikilən otelin 25 milyon manatdan çox qiyməti olduğu bildirilir. Oteldə dəbdəbəli müxtəlif restoranlar, kafelər, idman zalı, masaj salonu, sauna və üzmək üçün hovuz fəaliyyət göstərir.

FHN general-mayoru İsrayıl Əliyev otelin idarəçiliyini yaxın adamı olan Famil adlı şəxsə həvalə edib. Otel biznesindən böyük gəlir əldə edən İsrayıl Əliyev paytaxtda daha bir 17 mərtəbəli otel tikdirib. Dəyəri on milyon manatlarla ölçülən həmin otelin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru