Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT

20-09-2018, 07:02           
Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT
Abşeron rayonunda səhiyyənin acınacaqlı durumu barədə dəfələrlə yazılıb.Rayonun səhiyyəsi (hətta icra başçısı da ixtisasca həkim olsa belə) çox ağır durumdadır. Normal poliklinika və xəstəxana yoxdur. Sovet dönəmindən qalma uçuq-sökük binada yerləşən rayon poliklinikasının heç bir şəraiti yoxdur. Əhalinin gündən günə artdığı böyük bir rayona bu qədər diqqətzizliyin ən bariz nəticəsi budur ki, Təcili Tibbi Yardım yox dərəcəsindədir. Üç ədəd 1961-ci ilin köhnə Volqası da və azsaylı həkim heyəti də heç nəyə yaramır.

2014-cü ildə ürək xəstəsi olan atam üçün səhər saatlarında çağırdığımız təcili yardım,artıq atam dəfn olunandan sonra gəlib hüzn məclisinə çata bilmişdi. Axı bura Afrika deyil. Heç Fələstində də belə deyil...

İki gün əvvəl.səhhətimdə yaranan problemə görə 103 Təcili Tibbi Yardıma zəng etdik.Lakin ordan bizə bildirdilər ki,Abşeron rayonu üçün 103-ə yox
012 342 28 11 nömrəsiylə əlaqə yaradın.Onu da qeyd edim ki,biz həmin an
Xırdalan şəhərində Təcili Yardımın
binasının yerləşdiyi ərazidən cəmi 500 m aralıda idik.

Təcili Tibbi Yardımın gec gəlməsinə görə təkrar 012 342 28 11 əlaqə yaratdıq.Bizə
bildirdilər ki, maşınlarımız çağırışdadır, gəlsinlər göndərərik. Təkid etdikdə bildirdilər ki, cəmi 3 maşınımız var, o da əhaliyə çatmır...

Bu barədə əvvəllər rayon Səhiyyə şöbəsinin müdiri ilə də danışmışdım.O da çarəsiz olduğunu ifadə edərək əlindən heç nə gəlmədiyini demişdi...

Xülasə, gələk mətləbə. Təqribən 1 saat 40 dəqiqədən sonra Təcili yardım gədi. Sovet dövründən qalma güclə sürünən bir Volqada gələn tibb bacısı ilə gileyli və kobud yaşlı həkim çatan kimi bizi danlamağa başladı ki, bizdə nə dərman var nə maşın.Bir də zəng edib çağırmayın. Bütün bunlardan sonra xahiş etdik ki, tibbi yardım göstərin.

Təziqimi ölçərək çox da yüksək olmadığını bildirərək heç bir qeyd aparmadan avtomobilə əyləşib getmək istədilər. Dərman vermələrini xahiş etdim, and içdilər ki, dərman yoxdur, hamısını satırlar.

Yaxınlıqdakı aptekdən valeryan və valakardin almağımı istədilər. Aldıq və bir qədər içmək istədikdə birdəfəlik plastmas stəkan uzatdılar. Su da aldıq və dərmanı qatıb içdim.

Plastmas birdəfəlik stəkanı yaxındakı zibil qabına atmaq istədikdə tibb bacısı qolumdan tutub dedi ki, atmayın xahiş edirəm, verin təkrar istifadə etməyə məcburuq, çünki bizə heç bir vasitə vermirlər...

Dostumla artıq qalan valeryanı da , valakardini də, stəkanı da onlara verdik.

Bu cür səhiyyə ancaq Afrikanın hansısa bir ucqar vilayətində də bəlkə yoxdur. Çünki o yerlərə də bəzi ölkələr humanitar və tibbi yardımlar edirlər. İşin xülasəsi odur ki, Abşeron əhalisi əvvəla 103 təcili tibbi yardım xəttinə zəmg vuraraq tibbi yardım çağıra bilmir. Əgər telefonunda pulu olmayan hər hansı şəxs tibbi yardım çağırmaq istəsə buna nail ola bilməyəcək və çarəsiz canını tapşıracaqdır.

Hər vətəndaş da şəhər nömrəsini əzbər bimədiyinə görə çətinliklə tapacaq və zəng etsə də yardım gəlməyəcək. Gəlsə belə vaxtında və operativ olmayacaq.
İnsan həyatına bu qədər biganəlik bir terror aktı qədər faciəvidir.

Abşeronda kifayət qədər əhali yaşayır. Ağır və yaşlı xəstələr var. Köhnə bir binanın zirzəmisində yerləşən bu tibbi yardımın yeri bir yana, özləri yox səviyyəsindədir.

Şəxsən Abşeron sakini kimi əlimdə onlarla faktlar var ki, təcili yardımın günahı ücbatından neçə insan həyatını itirib.

Bu faciəyə 21- ci əsrdə soyqırımın və terrorun bir növü kimi qiymət veriməlidir. Dövlət tərəfindən səhiyyəyə kifayət qədər vəsait ayrılır. Lakin bu yerinə çatmamış talanır. Görünür Səhiyyə naziri Abşeron əhalisinin həyatı ilə çiling-ağac oynamaq fikrindədir.

Hələ həkimlərin rüşvətə qurşanmasını, hər əməliyyata 500-1000 manat arası rüşvət aldığını demirəm. Heç olmasa dövlətin ayırdığı pulu yeyiblərsə, aldıqları rüşvətdən ayda müəyyən qədər ayırıb bir-iki təcili yardım maşını ala bilməzlərmi?

Əhaliyə bu qədər biganəlik insanlığa qarşı cinayətdən başqa bir şey deyil.

Rayon İcra Hakimiyyətinə, Səhiyyə nazirliyinə edilən kütləvi şikayət və müraciətlərə qətiyyən əhəmiyyət verilmir. Artıq bu dəhşətdir.

Əhalini dövlətdən belə cinayətlərlə narazı salan harın və gizli cinayətkar məmurlar cəzalanaraq səhiyyə bərpa edilməlidir.

Bütün ictimaiyyətin və aidiyyatı orqanların məlumatlanması üçün, tədbir görülməsi üçün mətbuat nümayəndələrindən bu məsələni diqqətdə saxlamağı xahiş edirik.

Tural

Analoq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.