Hər şey ABŞ-dakı terrordan sonra başladı... - Politoloqdan şok proqnoz

31-03-2020, 09:35           
Hər şey ABŞ-dakı terrordan sonra başladı... - Politoloqdan şok proqnoz
Koronavirus pandemiyası ilə əlaqədar situasiyanı kritik qiymətləndirirəm. Dünya çoxdandır belə faciə ilə rastlaşmırdı. XIX əsrin sonları, XX srin əvvəllərində yoluxucu xəsətliklər geniş yayılmışdı, lakin o vaxt maştab bu qədər deyildi. Koronavirus isə bütün dünyanı əhatə edən taun xarakterli pandemiyadır. Bu, əslində faciədir. Ümid edirəm bu vəziyyətdən çıxa biləcəyik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, politoloq Rüstəm Məmmədov deyib.

Onun sözlərinə görə, insanlar virusa qarşı mübarizədə qaydalara əməl etməlidir:

“İkinci Dünya müharibəsi baş verəndən sonra dünya xeyli dəyişməyə başladı, humanistləşmə, pacifist əqidəsi yayıldı. Bu isə təqribən 2001-ci ilə qədər çəkdi. ABŞ-da əkiz qüllələrdə terror aktından sonra qanlı dövr başladı. İnsanlar qansızlaşdı, qəddarlaşdı, müharibələrin sayı artdı. Bu hadisələr onu göstərir ki, insan təbiət qüvvələri qarşısında çox acizdir”.

Rüstəm Məmmədovun fikrincə, insanlar sülh və əmin-amanlığı qorumaqla bütün bəlalara qalib gələ bilər:

“Mənə elə gəlir ki, dünya növbəti pacifizm dövrünə qədəm qoyacaq. Covid-19 bəşəriyyəti ayıltmaq üçün göndərilmiş bəladır. Ölkəmizdə də xeyir və şər məclisləri bir-birindən təmtəraqlı keçirilirdi, insanlar “qonşudan dala qalma” prinsipi ilə hərəkət edirdilər. Dünyada milyonlarla insanın acından öldüyü bir vaxtda bu cür israfçılıq və dəbdəbəyə ehtiyac vardımı? Bütün bunlar onun göstərir ki, insanlar məntiqini cilalamalıdır, yoxsa vaxtsız ölüm hamını haqlayacaq. Bu faciə insanların ağılla hərəkət etməyə sövq edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.