Sabiq nazir: "Çox ciddi çətinliklər meydana gələ bilər"

5-04-2020, 14:54           
Sabiq nazir: "Çox ciddi çətinliklər meydana gələ bilər"
"Mən özüm ailəmlə birlikdə evdə oturub koronavirus pandemiyasının bitəcəyi günü səbrsizliklə gözləyirik. Bu bəlanın Azərbaycandan tezliklə yox olması üçün yalnız bir yolu var. Evdə oturmaq! Ölkə başçısı İlham Əliyev bu yöndə çağırışlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmək lazımdır".

Bu sözləri Unikal.org-a açıqlamasında keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanov bildirib.

Sabiq nazir bütün ölkə vətəndaşlarına müraciət edərək bildirib ki, Operativ Qərargahın koronavirusla bağlı qəbul etdiyi qərarlara hamı riayət etməlidir:

"Bu qərarların icrası hansısa adamlar üçün deyil, bütün millət üçün xeyirlidir. Hər kəs evində oturmalı, bayırda səbəbsiz hərəkət etməməlidir. İnsanlar arasında yaxın təmas məhdudlaşdırmalıdır. Bu bəladan tezliklə yalnız belə yaxa qurtarmaq olar. Əks halda, Avropa ölkələrində, ABŞ-da olduğu kimi, vəziyyət getdikcə pisləşəcək. Görürsünüz ki, gündən-günə Azərbaycanda koronavirus xəstələrinin sayı artır. Xəstələrin sayı belə arta-arta çox ciddi çətinliklər meydana gələ bilər. Xəstəxanalarda yerlər çatışmaz, həkimlər çox ciddi problemlərlə üzləşəcərlər. Ona görə də bu virusun qarşısının alınmasında bir düzgün yol, çarə dövlətin müvafiq qurumlarının qəbul etdiyi qərarlara əməl etmək lazımdır. Mütləq hər bir vətəndaşımız bu istiqamətdə görülən tədbirləri başa düşməli, deyilənləri dinləməli və buna əməl etməlidir. Bu virusun sona çatdırılmasında başqa yol görmürəm".

M.Mərdanov Prezident İlham Əliyevin bir başa rəhbərliyi altında koronavirus səbəbindən iqtisadi, sosial sahələr üzrə əziyyət çəkənlərlə bağlı vacib addımların atıldığını da bildirib:

"İnşallah, tezliklə bu bəla ölkəmizdən gedəcək, Azərbaycanımız daha da çiçəklənəcək. Vətəndaşlarımız xoşbəxt, firavan, sağlam ömür sürəcəklər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.