Koronavirusdan sağalanlar danışdı: "Nəfəsə möhtac olmaq..." - FOTO

5-04-2020, 15:00           
Koronavirusdan sağalanlar danışdı:
Böyük Britaniyada koronavirusdan sağalan 3 nəfər BBC-yə açıqlama verib.

Publika.az xəbər verir ki, onlar xəstəliklə mücadilələri barədə danışıb.

"Övladım üçün mücadilə etdim"

Kent şəhərində yaşayan və dördüncü uşağa hamilə olan 39 yaşlı Karen Mannerinq: "Mart ayının ortasından etibarən yüksək hərarətim var idi və davamlı öskürürdüm. 11-ci gün dözə bilməyib tibbi yardıma müraciət etdim. Güclə nəfəs alırdım, mənə dərhal oksigen verdilər. Xəstəxanada edilən testin nəticəsi pozitiv çıxdı. Bir neçə gün yataqda qaldım. Ayaqyoluna belə gedə bilmirdim. Nəfəs ala bilmədiyimdə düyməni basırdım, həkimlər gəlirdi. Həm özüm, həm də bətnimdəki körpə üçün hər gün mübarizə aparırdım. Xəstəxanadan çıxdıqdan sonra üzümə vuran təmiz havanı unuda bilmirəm".

"Hər yerim ağrıyırdı"

Şeffildə yaşayan 26 yaşlı Cesi Klak: "5 il öncə keçirdiyim xəstəlik səbəbilə bir böyrəyim çıxarılmışdı. Buna görə də Kovid-19-a yoluxsam, onu çətin keçirəcəyimi bilirdim. Öskürməyə və nəfəssiz qalmağa başlayanda çox qorxdum. Xəstəxanaya aparıldığımda bütün bədənim çox ağrıyırdı. Üzümə yaşıl maska, burnuma isə qəribə şnur taxdılar. 5 gün sonra evə buraxıldım. Lakin hələ də öskürürəm və yeriməkdə çətinlik çəkirəm. Amma rahat nəfəs alıram. Gündə 18 saat yatıram".

"Yaşamaq istəyirdim"

64 yaşlı Stüart Boyl: "Sağlamlığım 10 gün içərisində pozuldu. Əvvəlcə xüsusi ağrılar yox idi, bir müddət sonra nərdivanları çıxa bimədim. Yaşamaq istəyirdim. Həkimlər əllərindən gələn hər şeyi etdi. Hazırda bol maye qəbul edirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.