"Dörd divar arasında oturmaq çətindir, amma..."

7-04-2020, 10:00           
"Dörd divar arasında oturmaq çətindir, amma..."
Teref.Az xalq artisti Faiq Sücəddinov Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Faiq müəllim, koronavirusla mübarizədə özünüzü və ailənizi necə qoruyursunuz?
- İnsan yaranandan öz-özünü qoruyur, istər xəstəlikdən, istər vəhşi heyvanlardan.
Bu, çox təhlükəli virusdur. Təbii ki, özümüzü qorumalıyıq. İnsanın bu virusdan sağalandan sonra da səhhətinin necə olacağı bəlli deyil. Təkrar xəstələnə bilər, ya yox, başqa fəsadları olacaq, ya olmayacaq, bilinmir.
Atam, həyat yoldaşım, gəlinim də həkimdir. Həmişə atamın tibbi kitablarını oxuyurdum. Bu gün tibb işçilərimizə böyük təşəkkürümü bildirmək istəyirəm. Onlar fədaidirlər. Onları yaddan çıxarmaq lazım deyil. Bu çətin gündə birinci sırada durublar. Onların da balaları var, bunu yaddan çıxarmaq olmaz.
Gəlin evdə oturaq. Mən də evdə otururam. Təbii ki, dörd divar arasında oturmaq çətindir, amma biz iradəmizlə buna dözməliyik. Başa düşməliyik ki, qorxulu xəstəliklə üz-üzəyik.
- "Küçəyə çıxıram və bu pandemiyanın mövcudluğuna inanmıram" fikrində olan insanlar da var...
- İnsanlar fərqli düşünürlər. Kimi deyir, məni xəstəlik tutmayacaq, kimi deyir, bu, böyük dövlətlərin oyunudur. Elə deyil... Statistik məlumatlara diqqət etmək lazımdır.
Başqa ölkələrdə koronavirusdan nə qədər ölənlər var. Bu gün o rəqəmlərə baxanda dəhşətə gəlirəm. Gəlin, mədəniyyətli olaq və özümüzü qoruyaq. Bəzi insanlara evdə oturmaq darıxdırıcı gəlir. Mən heç vaxt evdə darıxmamışam, çünki daim yaradıcılıqla məşğul olmuşam.
İnsanlar özünə bir şeyi təsəlli etməlidirlər ki, yaxınlarımıza əziyyət verməmək üçün özümüzü qorumalıyıq. Bu, müvəqqətidir, yayda biz yenidən rahat gəzəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.