“Sülhəddin Əkbərlə heç vaxt ədavətim olmayıb...” - İsgəndər Həmidov

6-05-2016, 14:08           
“Sülhəddin Əkbərlə heç vaxt ədavətim olmayıb...” - İsgəndər Həmidov
“Aradan 26 il vaxt keçib, o üzdən o vaxt baş verənləri xatırlamıram. İlham İsmayıl mənim yaxın qohumumdu, bir tayfadanıq, bir elliyik, ancaq o vaxt Gəncəyə rəis təyin edilməsi məsələsi yadımda deyil. Xatırlamıram ki, nəyə görə elə bir hadisə baş verib. İlham mənim qohumum olmaqdan əlavə elə bir şəxsiyyətdir, ziyalıdır ki, hansı vəzifəyə qoysan, o vəzifənin öhdəsindən layiqincə gələ biləcək. Sülhəddin Əkbərlə də heç vaxt hansısa ədavətim olmayıb, heç indi də yoxdur”.

Bunu Moderator.az-a açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov keçmiş MTN zabiti İlham İsmayılın kitabında yer almış maraqlı faktlara münasibət bildirərkən deyib.

Qeyd edək ki, Moderator.az-da yayımlanan kitabının növbəti hissəsində İlham İsmayıl yazır ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidov onu MTN-nin Gəncə şəhər şöbəsinə rəis təyin etmək istəyib. Ancaq o zaman nazir müavini vəzifəsində çalışan Sülhəddin Əkbər bu təyinata qarşı çıxıb. S.Əkbər məsələni o zamankı prezident Əbülfəz Elçibəyə qədər çatdırıb və bu təyinat baş tutmayıb. İlham İsmayıl daha sonra onu da əlavə edir ki, Sülhəddin Əkbər İsgəndər Həmidova olan şəxsi mənfi münasibəti kimi ona qarşı da aqressiv olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru