Nişanlılar evlilərdən daha çox “hərəkət” edir – Qalmaqallı açıqlama – VİDEO

6-09-2024, 08:54           
Nişanlılar evlilərdən daha çox “hərəkət” edir – Qalmaqallı açıqlama – VİDEO
Məşhur iş xanımı və aparıcı Nigar Fərhad növbəti dəfə qalmaqallı açıqlama verib. Yenisabah.az xəbər verir ki, o, “Nigar Xanım” verilişində nişanlı qızlar barədə danışıb:

“Sizlər 90-lara qədər olan zəmanəni yaxşı bilirsiniz, biz isə 90-cı illərdən sonranı yaxşı bilirik. İndi çox nadir halda nişanlılar var ki, sizin ağlınızda tutduğunuz şeyləri etmirlər. Düşünməyin ki, hər şey sizin hesab etdiyiniz kimi “toz-pəmbə”dir. Nişanlılar hər şey edir, hətta evlilərdən daha çox “hərəkətlər” edirlər.

Mən üzümü gözəl qızlarımıza tuturam, özünüzü bədəninizlə düşünməyin. Ağlınızla düşünün, siz əvvəlcə təhsil almalısınız. Müəyyən bir yaşdan sonra atanız, ananız xəstələnəcək, qazanacağınız pulla onları xəstəxana yatağından qaldıracaqsınız, müalicə etdirib, dərmanlarını alacaqsınız. Bunun üçün pul qazanmalısınız, əgər o pulu halal şəkildə qazanmaq istəyirsinizsə, mütləq təhsil almalısınız”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru