“Onlarla eyni verilişdə olmaq istəmirəm”

18-09-2024, 12:01           
“Onlarla eyni verilişdə olmaq istəmirəm”
“Çox insanlar var ki, onlarla eyni verilişdə olmaq istəmərəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyova “Günə bax” verilişində deyib.

Sənətçi hörmətsizlik gördüyü bəzi həmkarları ilə bağlı sərt fikirlər səsləndirib:

“Heç kimə hörmətsizlik etməmişəm, amma özümə qarşı dəfələrlə bunu görmüşəm. Buna görə də çox insan var ki, onlarla eyni verilişdə olmaq istəmərəm. Buna görə də qabaqcadan kimlərin verilişdə olacağını soruşuram kimlərdir. Çünki tərbiyəsiz, paxıl insanlar çoxdur. Məsələn, verilişə çıxırıq, məni tərifləyir ki, super, sonra başqa verilişlərdə elə şeylər danışır ki, barəmdə… Şok yaşayıram ki, bir ay əvvəl hər şey əla idi axı. Halbuki ona qarşı heç nə etməmişəm, belə danışması üçün əsas verməmişəm. Artıq seçici olmuşam. O vəziyyətə gətirib çıxarıblar ki, artıq onlarla eyni verilişdə olmaq istəmirəm. Əlimdə siyahı da var. Az da deyillər. Təəssüflənirəm. Adlarını deyib, onları piyar da etmək istəmirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru