Mourinyo: "İngiltərə Premyer Liqasına adlarını heç bilmədiyim məşqçilər gedirlər" Dünən, 12:38 "İndi İngiltərə Premyer Liqasına adlarını heç bilmədiyim məşqçilər gedirlər və bunu kimisə təhqir etmək üçün demirəm".Oxu.Az "Canal 11"ə istinadla xəbər verir ki, bunu "Fənərbağça" komandasının baş məşqçisi Joze Mourinyo deyib."Bu, həqiqətdir. Bəzi məşqçiləri qələbələr yox, tarixlər və rəqəmlər əsasında seçirlər. Bu baxımdan hər şey çox dəyişib", - deyə o vurğulayıb.Portuqaliyalı mütəxssis xatırladıb ki, 2004-cü ildə Premyer Liqaya Çempionlar Liqasının qalibi kimi yollanıb:"Həmin il Premyer Liqaya yalnız iki əcnəbi məşqçi gəlmişdi: mən və UEFA Kubokunu qazanmış Benites". Facebook-da paylaş