“Dəyanət hansı maaş azlığından danışırdı?” - Həmkarı danışdı

26-01-2017, 12:48           
“Dəyanət hansı maaş azlığından danışırdı?” - Həmkarı danışdı
Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmov həmkarı Dəyanət Rzayevin intihar etməsindən danışıb.

Psixoloq “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Dəyanət Razayevlə 8 il bundan əvvəl dostluq münasibəti olub: “Onunla bir yerdə işləmişik. Tədbirlərdə bir-birimizi görürdük. Sonuncu dəfə onu iki il bundan əvvəl Ayaz Mirzəyevin oğlunun dəfn mərasimində görmüşəm. Dəyanət Rzayevin xəstəliyi yox idi, sağlam adam idi. Onun necə dərman almağa pulu olmaya bilər ki? Şəhərin mərkəzində evi olan normal təmin olunmuş adam idi. İmkanı da normal idi. O, öz işinin ağası idi. Özü psixoloji mərkəzə sahib idi. Hansı maaş azlığından danışırdı?

Sadəcə son zamanlar özünə qapanmışdı. Bir psixoloqun özünün iki psixoloqa ehtiyacı var. Psixoloq olmaq o demək deyil ki, narahatlığın olmasın. Sadəcə onu həll etmək lazım idi. Dəyanət Razayev kollektivdə çalışırdı. Onlar ona dəstək olardılar. Ailəsindən ayrılmışdı, amma ailədaxili konfliktinin olmasını eşitməmişəm”.

E. Rüstəmovun sözlərinə görə, emosional yanma sindromu deyilən anlayış bütün sahələrdə çalışan insanlarda olur:

“Məsələn, işinizdən həzz ala bilmirsiniz, əliniz heç nəyə çatmır, bir müddət işdən uzaqlaşmaq istəyirsiniz və s. Bu fakta psixoloq və psixiatrlarda daha çox rast gəlinir. Dəyanət Rzayev bildiyim qədər son zamanlar intensiv terapiya aparmırdı. Ancaq çox həssas və emosional insan idi. Hətta o zamanlar belə onun intihar haqqında düşüncələri, fikirləri olurdu. “Həyat mənasızdır, boşdur” kimi cümlələr işlədirdi. Mən istəməzdim ki, cəmiyyət bunu “əgər pisixoloq da intihar edirsə, biz neyniyəcəyik?” kimi anlasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.