Hacı Əbdül: “Mehriban Əliyeva prezident olmalıdır“

3-02-2017, 00:30           

"Mən Mehriban xanım Əliyevanı bu gün birinci vitse-prezident, sabah isə prezident vəzifəsində görürəm. Azərbaycanın xoşbəxt gələcəyi onun vitse-prezident və prezident olması ilə bağlıdır...”

Virtualaz.org bildirir ki, bunu moderator.az-a müsahibəsində "Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül deyib.

Hacı Əbdül qeyd edib ki, bu gün Mehriban Əliyevanı dünyanın bütün ölkələrinin rəhbərləri tanıyırlar və o, onlarla yaxşı münasibətlərə malikdir.

Onun sözlərinə görə, Mehriban Əliyeva həmçinin, Qarabağ münaqişəsinin nizama salınmasını danışıqlar yolu ilə irəli çəkəcək.

Hacı Əbdül insanları hakimiyyətə gələcəkləri təqdirdə onlara "qızıl dağlar” vəd edənlərə inanmamağa çağırıb.
Onun sözlərinə görə, əgər bu gün vergiləri və gömrük rüsumlarını azaltmaq mümkün olsaydı, onda bu edilmiş olardı.


Virtualaz.org xatırladır ki, sabiq-deputat Hacı Əbdül Əbdülov keçmişdə sabiq prezident Ayaz Mütəllibovun qızğın tərəfdarı olub. 1980-ci illərin sonlarında "Tövbə" dini cəmiyyətini yaradıb və ona başçılıq edb. Sonradan isə Bakıdakı "İmam Hüseyn" məscidi dini icmasının lideri oldu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.