“Sarkisyan bu dəfə də seçkini Qarabağ kartı ilə qazanmaq istəyir...”
2-03-2017, 20:09
“Dünya da indiki halda yeni bir müharibə ocağı istəmir...”
Tanınmış politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında bir neçə gün öncə təmas xəttində baş vermiş gərginliyi analiz edib.
“Sarkisyan bu dəfə də seçkini Qarabağ kartı ilə qazanmaq istəyir...”
Cümşüd Nuriyev öncə ermənilərin hücuma keçmə səbəbinə aydınlıq gətirib:
“Müharibə məsələsində bir qədər soyuq başla hərəkət etmək lazımdır. Onsuz da ermənilər rusların bir növ forpostu olsalar belə, bu qələti özləri üçün edirlər və bu oyun aprelə qədər davam edəcək. Çünki apreldə Ermənistanda seçkilərdir və Sarkisyan hakimiyyəti götürmək istəyir, müxalifət isə bunu qəbul etmək istəmir. İndiyə qədər də bunlar Ermənistanda bütün seçkilərdə Qarabağ kartı ilə hakimiyyətə gəliblər. İndi də həmin prosesi davam etdirmək istəyirlər”.
“Mehriban xanımın siyasi fakturasını İlham Əliyevə kəsməyə çalışırlar...”
Politoloq törədilən insidentin Azərbaycandakı yeni idarəetmə sistemi ilə bağlılığı olduğunu da qeyd edib:
“Təbii ki, bu oyunun qaydaları indiki durumda Azərbaycana sərf etmir, Azərbaycan bu dəqiqə ciddi islahatlar həyata keçirməlidir. Xüsusilə Azərbaycanda yeni idarəetmə sistemi ilə bağlı hüquqi qüvvəyə malik ilk sərəncam oldu, Mehriban Əliyeva birinci vitse-prezident təyin olundu. Və bu sərəncam çoxlarını qıcıqlandırdı. Burada təkcə ermənilərin marağı yoxdur, bu, həm də prezidentə təzyiqdir, çünki onlar fikirləşirlər ki, Azərbaycan sərbəst addım atmamalıdır. Bu da birinci dəfə deyil, vaxtilə Bakı-Ceyhan borusunun, Bakı-Qars dəmiryolunun çəkilişində də belə addım atdılar. Həmişə əllərində erməni kartı olub və indi də o siyasəti davam etdirirlər. İndi də Mehriban xanımın təyinatı Rusiya üçün gözlənilməz oldu və onun siyasi fakturasını İlham Əliyevə kəsməyə çalışırlar. Çünki Mehriban xanım daha çox Avropa yönümlü bir siyasətçidir, Rusiyadan daha çox Avropada qəbul olunur. Həm də Azərbaycan bu məsələylə bir ilkə imza atdı, Şərqdə yeni bir idarəçilik sisteminə keçildi.
“Nəyə görə ön cəbhədə ancaq yetim-yesir uşaqları olmalıdır...”
Siyasi şərhçi bu gün cəmiyyətimizdə müharibə istəyənlərlə bağlı fikirlərini də bölüşüb:
“Düzdür, bizdə müharibə məsələsini gündəmə gətirirlər, ancaq bununla iş bitmir. Həmçinin bunu da ölçüb-biçmək lazımdır ki, Azərbaycan bu müharibədən hansı nəticələrlə çıxa bilər, nələri itirərik, uduza bilərik. Müharibə istəyən adamların əksəriyyəti müharibə görməyib. İkincisi, əgər müharibə vəziyyəti elan olunacaqsa, o zaman indiki hakimiyyətdəkilərin, deputatların hamısının uşaqları burda vəzifədə yox, ön cəbhədə olmalıdır. Adicə bir bələdiyyə sədrinin övladı belə ön cəbhədə yoxdur. Nəyə görə belədir, bəyəm Vətən kasıblar üçündür? Müharibə istəyən məmurların hansının övladı gedəcək ön cəbhəyə? Elə biri Zeynəb Xanlarova, onun oğlanları bəyəm müharibəyə gedəcək ki? Belə deməklə sadəcə ucuz xal qazanırlar. Müharibə istəyən deputatların, məmurların uşaqlarının bir hissəsi yaxşı vəzifələrdədi, bir hissəsi də xaricdə. Müharibə istəyən adama deyərlər ki, birinci sən özün, övladın gəl dur qabaqda, xalq da ardınca gəlsin. Nəyə görə ancaq yetim-yesir uşaqları olmalıdır qabaqda?"
C.Nuriyev daha sonra müharibə başlayacağı təqdirdə baş verə biləcəklərə aydınlıq gətirib:
“Prezident müharibəylə bağlı bütün məsələləri nəzərə alır, qazana və itirəcə biləcəklərimizi düşünür. Dünya da indiki halda yeni bir müharibə ocağı istəmir. Mən Azərbaycanın indiki vəziyyətdə, yəni, bu statusla müharibə etməsinin əleyhinəyəm. Ancaq əlbəttə ki, düşmənin cavabı verilməlidir, düşmən Azərbaycan ordusunun gücünü görməlidir. Bəli, ölkə buna hazırlaşmalıdır. Mən bunu analiz edərək deyirəm, bilirəm. Mən daha çox Azərbaycan dövlətinin maraqlarını güdürəm, nəinki hansısa qızışmış beyinlərin”.
“Müharibə istəyən müxalifətçilərin çoxusu xaricdədir...”
Politoloq müxalifət düşərgəsindən müharibə tələb edənlər haqqında da danışıb:
“Müharibə istəyən müxalifətçilərin də çoxusu xaricdədir. Əgər onlar bu qədər qəhrəman oğullardısa, gedib Avropada oturmasınlar. Avropada oturub yekə-yekə danışmağa nə var ki. Azərbaycan müxalifəti yaxşı bilir ki, müharibə başlayacağı təqdirdə onlar onsuz da heç bir işə yaramayacaqlar, heç bir iş görməyəcəklər. Bir daha tam məsuliyyətimlə deyirəm ki, Rusiya, İran da müharibəyə başlamağımızı istəyir. Ermənistan neçə illərdir İranın hesabına dolanır. Biz bölgədə təklənmiş vəziyyətdə durmuş bir dövlətik, Türkiyəni də belə bir təxribata soxmamalıyıq”.