Ayaz Mütəllibov: “Heydər Əliyevin şagirdi olmuşam”

10-05-2017, 14:00           
Ayaz Mütəllibov: “Heydər Əliyevin şagirdi olmuşam”
“Mən Heydər Əliyevin şagirdi olmuşam, onun məktəbini keçmişəm”.
Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bildirib.
A.Mütəllibov deyib ki, Heydər Əliyev ən görkəmli dövlət rəhbərlərindən biri kimi Azərbaycan tarixinə düşüb.
Onun sözlərinə görə, Heydər Əliyevin dahiliyi, nüfuzu və böyük təcrübəsi hələ uzun illər sonra da diqqət mərkəzində olacaq və gələcəkdə insanlar bu fenomen haqqında öyrədib-öyrənəcəklər:
“Heydər Əliyev mənim üçün ən yüksək hörmətə layiq olan şəxsiyyətdir. Mən onunla uzun illər bir yerdə çalışmışam, Heydər Əliyev mənə böyük işləri etibar edib. Heydər Əliyev 13 il respublika rəhbəri olduğu dövrdə 8 dəfə məni yüksək vəzifələrə irəli çəkib, mənə vəzifə verib, etimad göstərib. Mən də onun etimadını doğrultmağa çalışmışam. Həmin dövrdə yaşayan və sonradan görkəmli insanlara çevrilən şəxslər Heydər Əliyev məktəbini keçiblər. O cür insanlardan biri də mən olmuşam. Mən özümü Heydər Əliyev məktəbinin yetirməsi hesab edirəm. Vaxtilə Heydər Əliyev özü də deyirdi ki, Ayaz Mütəllibov mənim şagirdim olub və sairə. Təbii ki, o, çox doğru deyirdi. Mən bu gün də özümü Heydər Əliyevin şagirdi hesab edirəm”.
Xatırladaq ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.