“Hadisənin siyasiləşdirilməsinin qəti əleyhinəyəm” – Dünyasını dəyişmiş əsgərin atası

13-08-2018, 15:37           
“Hadisənin siyasiləşdirilməsinin qəti əleyhinəyəm” – Dünyasını dəyişmiş əsgərin atası
Bir neçə gün öncə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən qəbul edilib.
AzVision.az-a açıqlamasında dünyasını dəyişmiş əsgərin atası bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb: “Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.

Əsgər atası onu da bildirib ki, ədalətli, düzgün istintaqın aparılmasına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır. “Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”,- deyə o, vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru