"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində BATE ilə cavab oyunu öncəsi fikirlərini bildirib.
Teleqraf.com xəbər verir ki, o, Belarusda keçiriləcək matçla bağlı bunları deyib: "Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, sabah bundan da daha ağır oyun bizi gözləyir. Hazırki məqamda nə qədər çətin olsa da, başqa çıxış yolumuz yoxdur. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, BATE - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Belarus təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.