İran İsraili “böyük müharibə” ilə təhdid edir

4-12-2023, 18:35           
İran İsraili “böyük müharibə” ilə təhdid edir
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailin Qəzza bölgəsindəki spn hücumlarını Avropa İttifaqının xarci siyasət idarəsinin rəhbəri Jozep Borellə telefon danışığınsda müzakirə edib.
AzVision.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Abdullahiyan xüsusilə də “İsrailin Qəzza zolağına hücumlarının davam edəcəyi halda müharibənin genişlənərək bölgənin qalan hissəsinə yayıla biləcəyi” ilə hədələyib.

İranlı nazir “sionist rejimin Qəzza xalqına qarşı həyata keçirdiyi hərbi hücumların dərhal dayandırılmasının” vacibliyini və “Qəzza zolağına humanitar yardım göndərilməsi üçün lazımi vasitələrin təmin edilməsinin” vacibliyini vurğulayıb.

Avropalı məmur da, öz növbəsində, Qəzza zolağı və İordan çayının qərb sahilində gərginliyin tez bir zamanda azaldılması zərurətinə toxunaraq, “hərbi hücumların davam etdirilməsinin böhranın kəskinləşməsinə səbəb olacağı” müddəası ilə razılaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru