"Nikol Paşinyanın hərəkətlərində Rusiyada narahatlıq doğuran xeyli sayda populizm var" - Dövlət Dumasının deputatı

26-10-2018, 12:32           
"Nikol Paşinyanın hərəkətlərində Rusiyada narahatlıq doğuran xeyli sayda populizm var" - Dövlət Dumasının deputatı
"Ermənistandakı vəziyyət qeyri-sabitliyə aparır, nəsə demək olmur. Bu gün Ermənistandan nə gözləmək lazım olduğunu bilmirik. Ölkədəki vəziyyət getdikcə daha çox siyasi xaosa bənzəyir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə rusiyalı deputat, Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev deyib.

Rusiyalı deputat bildirib ki, Nikol Paşinyan Ermənistan hökumətində əsas vəzifələrə qərbyönümlü insanları təyin edib və nəticədə ölkədə Qərb trendi üstünlük təşkil edirmiş kimi görünür.

"Hesab edirəm ki, bu qanlı Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Amma, eyni zamanda Paşinyanın hərəkətlərində və sözlərində Rusiyada narahatlıq doğuran xeyli sayda populizm olduğunu da başa düşürük", - D.Saveliyev vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru