ABŞ yeni qızğın silahlanma elan etdi - Qorbaçov şok SSENARİNİ AÇIQLADI

26-10-2018, 12:45           
ABŞ yeni qızğın silahlanma elan etdi - Qorbaçov şok SSENARİNİ AÇIQLADI
ABŞ-ın orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxması yeni qızğın silahlanmanın elanıdır.

Teref.az publika.az-a istinadən xəbər verir ki, bunu “Nyu-York Taysm” nəşrində dərc etdiyi məqaləsində SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bildirib.

“Yeni qızğın silahlanma elan edildi”, - SSRİ-nin keçmiş rəhbəri yazıb.

Qorbaçovun fikrincə, ABŞ-ın müqavilədən çıxışı beynəlxalq vəziyyətin hərbiləşdirilməsi üzrə ilk hal deyil. O xatırladıb ki, ABŞ hələ 2002-ci ildə Raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə, bu il isə İran atom proqramı üzrə razılaşmadan çıxıb.

“Hərbi xərclər astronomik səviyyəyə qalxıb və artmaqda davam edir”, - müəllif yekunlaşdırdı.

Xatırladaq ki, Donald Tramp ABŞ-ın Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Müqavilə 1987-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən imzalanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru