Senator Paul: “Bu sadəcə sərt olmadan, sərt görünməyin bir yoludur”

28-10-2018, 16:07           
Senator Paul: “Bu sadəcə sərt olmadan, sərt görünməyin bir yoludur”
Səudiyyə üçün hər şeyin düşüncəsiz olduğu mövzusunu qiymətləndirmək lazımdır. Onlar Yəməndə on minlərlə mülki insanın ölümünə səbəb olan müharibədə aktiv iştirak edirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Senatının xarici işlər komitəsinin üzvü, senator Rand Paul Montana ştatında keçirilən mitinqdə çıxışı zamanı deyib.

Səudiyyəni terroru dəstəkləməkdə ittiham edən senator xatırladıb ki, 11 sentyabr terroru zamanı təyyarə qaçıran 19 terrorçudan 15 Səudiyyə vətəndaşı olub”.

Paul hesab edir ki, Konqresin Səudiyyə ilə bağlı sanksiya təklifləri “sadəcə ələ vurulan zəif zərbə”dir:

“Bu sanksiyalar bir işlər görürük kimi görünməyin əlamətidir. Şahzadə Məhəmməd bin Salmanın göndərdiyi 15 nəfərə sanksiya tətbiq edərsənsə, elə bu sayda adama sanksiya tətbiq etmiş olarsan. Bu sadəcə sərt olmadan, sərt görünməyin bir yoludur. Onlar istəsələr daha 15 nəfərin adını göndərə bilərlər”.

Paul hesab edir ki, Səudiyyə ilə əldə olunan silah anlaşmasının ləğvi Riyad hakimiyyətini ayılda bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru