Gürcüstanda prezident seçkiləri 2-ci tura qaldı

29-10-2018, 07:28           
Gürcüstanda prezident seçkiləri 2-ci tura qaldı
Gürcüstanda prezident seçkiləri 2-ci tura qaldı. Bu barədə politoloq Şahin Cəfərli facebook profilində yazıb. O, qeyd edib ki, bu, demokratikləşmə, avropalaşma yolunda irəliyə doğru böyük addımdır.

“İkinci turda Vahid Milli Hərəkat (Saakaşvilinin partiyası) başda olmaqla, 11 partiya tərəfindən namizədliyi irəli sürülmüş Qriqol Vaşadze və “Gürcü Arzusu”nun dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvili mübarizə aparacaq.

Üçüncü yeri tutmuş David Bakradze 2-ci turda Vaşadzeni dəstəkləyəcək.

Onu da əlavə edim ki, soydaşlarımızın əksəriyyəti Vaşadzeyə səs verib”.

***

Gürcüstanda prezident seçkiləri üzrə səsvermə başa çatıb.

Üç “exit-poll”un nəticələri açıqlanıb. Musavat.com xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli facebook-da yazıb.

Məlumatda bildirilir ki, “Gürcü Arzusu”nun sifarişi ilə yerli şirkətin keçirdiyi “exit-poll”un nəticəsi belədir:

Salome Zurabişvili – 52%
Qriqol Vaşadze – 28%
David Bakradze – 9%.

“Rustavi 2″nin sifarişi ilə ABŞ-ın “Edison Research” şirkətinin keçirdiyi “exit poll”:

Vaşadze – 40%
Zurabişvili – 40%
Bakradze – 10%.

Bakradzenin partiyasının (Avropalı Gürcüstan) sifarişi ilə “BCG Research” tərəfindən keçirilən “exit-poll”:

Vaşadze – 37%
Zurabişvili – 34%
Bakradze – 17%.

Zurabişvilinin ilk turda qalib gəlməsi inandırıcı deyil. Amma İvanişvili məsələnin ilk turda bitməsində maraqlıdır. MSK-nın açıqlayacağı ilkin nəticələri gözləyək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.