İran neftin birja hərraclarını keçirməyə başlayıb

29-10-2018, 07:43           
İran neftin birja hərraclarını keçirməyə başlayıb
İran ABŞ-ın ona qarşı tətbiq edəcəyi sanksiyalara bir həftə qalmış neftin tədarük fyuçerslərinin hərracını keçirməyə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Irenex" birjası məlumat yayıb.

Birjanın məlumatına görə, hərracların birinci günü alıcılara 1 milyon ton yüngül İran nefti təklif olunub, tələbat 350 min barel təşkil edib, lakin 280 min barel neft satılıb. Sövdələşmələrin orta qiyməti bir barelə görə 74,85 dollar təşkil edib.

Bildirilir ki, sövdələşmələrin 20 faizinin hesablanması rial ilə, 80 faizi isə xarici valyuta ilə aparılıb. Tədarüklərin başlanma tarixi göstərilmir.

Bundan əvvəl Şri-Lankada "Ceylon Petroleum Corporation" (CPC) neft-qaz şirkətinin binası qarşısında etirazlar zamanı baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru