Amerika təyyarələri rusların əsəbləri ilə oynadı

29-10-2018, 08:00           
Amerika təyyarələri rusların əsəbləri ilə oynadı
ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin “Boeing P-8A Poseidon” kəşfiyyat təyyarəsi Qara dənizdə kəşfiyyat uçuşu həyata keçirib.

Publika.az xəbər verir ki, bu haqda “PlaneRadar” resursu bildirib.

Bildirilir ki, 168438 bort nömrəli hava gəmisi Krım yarımadası və Krasnodar diyarının sahilboyu uçub, həmçinin Sevastopolun 35 kilometrliyinə qədər yaxınlaşıb.

Bundan başqa, bazar günü Siciliyanın Siqonella təyyarə bazasından qalxan ABŞ-ın Hərbi Hava Qüvvələrinin “Global Hawk” kəşfiyyat pilotsuz təyyarəsi Donbasda təmas xəttində monitorinq aparıb, həmçinin Rusiyanın Qara dəniz sahili boyu uçub.

Rusiya KİV-inin yazdığına görə, son zamanlar Rusiya sərhədlərinə yaxın xarici kəşfiyyat təyyarələri və pilotsuz təyyarələrin fəallığı artıb. Xüsusi halda, ölkənin qərb regionlarının sərhədlərində uçuşların aktivliyi müşahidə edilir.

Rusiyanın Müdafiə Nazirliyi Vaşinqtonu dəfələrlə belə əməliyyatlardan imtina etməyə çağırırdı, ancaq Pentaqon çağırışlara rədd cavabı verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru