Komitə sədri: “Azərbaycan əhalisinin 96 faizi müsəlamandır”

5-03-2019, 11:11           
Komitə sədri: “Azərbaycan əhalisinin 96 faizi müsəlamandır”
"Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir. Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan bir dövlət kimi dünyaya öz modelini göstərib".

Moderator.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dinlərarası və sivilizasiyalararası diaqlodan əməkdaşlığa doğru" adlı tədbirdə çıxışı zamanı deyib. Komitə sədri bildirib ki, Azərbaycan mədəniyyətlər, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır.

"Bakı şəhəri bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir. Bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib, onlardan 32-i xristian dini icmlardır, yəni qeyri-müsəlman dini icmalardır. Azərbaycan əhalisinin 96 faizi müsəlamandır, yerdə qalan 4 faiz müxtəlif dini konfensiyaları özündə əks etdirir və onların Azərbaycanda hərtərəfli fəaliyyəti üçün hər şərait yaradıb".

M.Qurbanlı qeyd edib ki, Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir. "Azərbaycan müxtəlif dinlərin sivilzasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımıxın xarakterinə, tarixində əksini tapıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru