Klinton Müllerin hesabatından sonra seçkilərdə iştirakla bağlı qərar verəcək

7-03-2019, 08:24           
Klinton Müllerin hesabatından sonra seçkilərdə iştirakla bağlı qərar verəcək
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton artıq iki ildir 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərinə Rusiyanın ehtimal edilən müdaxiləsinin araşdırılması ilə məşğul olan xüsusi prokuror Robert Müllerin hesabatı dərc olunduqdan sonra, 2020-ci il dövlət başçısı seçkilərində iştiraka dair son qərarını verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu fikirlə çərşənbə günü ABŞ-dakı seçkilər barədə materiallar dərc edən "Elections Central" portalı çıxış edib.

Klinton bazar ertəsi 2016-cı il seçkilərində Respublika Partiyasından namizəd Donald Trampla düşmənçilik edən CNN teleşirkətinin infrastrukturuna daxil olan "News 12" telekanalına müsahibəsində bildirib ki, 2020-c ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru