Qorbaçov, Primakov, Yazov, Bakatin, Girenko və onların Azərbaycandakı petləbaşları 20 yanvar 1990-cı il faciəsini törədən alçaqlardırlar və onlar lənətlənməlidirlər.
31-10-2019, 09:03

Əziz dostlar! Hörmətli həmkarlar!
Hamınızdan milyon dəfə üzr istəyirəm. Nə olur olsun, hər zaman möhkəm iradəyə sahib olmuşam və çalışmışam və çalışıram ki, yerdə-qalan ömrümü də vicdanla, şərəflə yaşayam. Kimliyindən asılı olmayaraq heç kimdən nə qorxdum, nə çəkindim. Vicdanla yaşadığıma görə, heç kimin qarşısında əyilmədim və sinmadığıma görə mənə bir neçə dəfə qondarma cinayət işləri də açdılar, türməyə salmaq üçün çox yollara əl atdılar. Qısa yazım ki, yorulmayasınız. Bütün çətinliklərə baxmayaraq, yaradan imkan vermədi ki, alçaq və yaramaz, oğru, yaltaq, rüşvətxor adamlar qarşısında rəzil olum.
Həyatda dövlət başçısı olmuş prezidentlərlə də ünsiyyətdə olmuşam, tələbə yoldaşım olan bir başqa ölkənin prezidenti də olub. İnanın ki, o qədər maddi və digər imkanlarım olub ki, Azərbaycanda 5 sayılıb-seçilən, maddi imkanlı kişilərdən biri olum. Getməmişəm və heç vaxt da getmərəm. Çalışmışam öz adımı, şərəfimi qoruyum. Tanıyanlar tanıyır, bilənlər də bilir. İdeal insan da olmamışam və deyiləm.
İndi isə vallah dəli olmaq dərəcəsinə çatmışam. Bu nədi İlahi? Azərbaycanda nə baş verir? Kimdir mənim və mənim kimi düşünən və yaşayan insanların əsəbləri ilə oynayan?
Haqqını deyirsən, istəyirsən, yazırsan, mız qoyan, harın bir dəstə yaramaz səni olmazın günahlarda ittiham edir. Axı mən təkcə öz problem və qayğılarımı qaldırmıram.
Bütün gecəni yata bilməmişəm. Bu Yevgeni Primakov məsələsi məni lap dəli elədi. Buna Bakının göbəyində təmtaraqlı hansısa bəytərifli bir təbdir keçirtmək nədir?! Axı bu alçaq və yaramaz 1990-cı ilin 20 yanvar faciəsinin ən əsas icracılarından biri olub.
İndi Azərbaycanda olan 20 yanvar və digər vətənpərvər cəmiyyət və təşkilatların rəhbərlərinə, üzvlərinə səslənirəm. Günü bu gün durub gedin o sərgini təşkil edənlərin yanına ki, bu nə rəzalət və biabırçılıqdır?
Vicdanıma and içirəm ki, əgər siz buna təpki, etiraz göstərməsiniz, Sizlər şəxsən mənim üçün vicdansız, əclaf və yaramaz QHT rəhbərləri və üzvləri olacaqsınız. Eyni zamanda sizin Azərbaycanda yediyiniz çörək, içdiyiniz su və udduğunuz hava sizə haram olsun!
Allah xainlərə, mərdimazarlara və satqınlara lənət eləsin!
Qorbaçov, Primakov, Yazov, Bakatin, Girenko və onların Azərbaycandakı petləbaşları 20 yanvar 1990-cı il faciəsini törədən alçaqlardırlar və onlar lənətlənməlidirlər.
Rus ivanının qarşısında əzilib-büzülən, ona addımbaşı özünü biqeyrət və fərsiz göstərən adı azərbaycanlı olub, özləri isə qorxaq və yaltaq olan həmvətənlərimə səslənirəm: adam KİŞİ olar. Oğraş, gözüynən görən olmaz!
Yazdığım iradların və təpkilərin vicdanlı, qeyrətli AZƏRBAYCANLILARA qətiyyən aidiyyatı yoxdur.
Tanrı Azərbaycanımızı qorusun!
Üzeyir Cəfərov