Şoyqu Bakıya niyə İrəvandan gəldi? – Şok səbəb

31-10-2019, 16:20           
Şoyqu Bakıya niyə İrəvandan gəldi? – Şok səbəb
Rusiya Müdafiə naziri Sergey Şoyqunun İrəvana niyə gəldiyi bəlli olub.

Axar.az xəbər verir ki, bu məlumatı “168 Jam” qəzeti yayıb.

“İş ondadır ki, Serj Sərkisyanın dönəmində Rusiya tərəfi ilə razılıq əldə olunub ki, MDB ölkələri Müdafiə Nazirlərinin Şurasının iclası İrəvan və Bakıda keçirilməsin.

Səbəb tərəflərin bu iclaslarda rahat iştirak etməsiylə bağlı idi. Bu razılaşmaya hər zaman əməl olunub və nə Bakı, nə də İrəvanda MDB Müdafiə Nazirlər Şurasının iclası keçirilib.

Faktiki olaraq, bu dəfə Ermənistan hakimiyyəti bu razılaşmanı saxlaya bilmədi. Erməni tərəfinin belə vəziyyətdə iclasda iştirak etməyəcəyi aydın idi. Ona görə də erməni tərəfinin iclasda iştirak etməməsini yumşaltmaq üçün Rusiya Müdafiə naziri Şoyqu İrəvana gəldi və buradan Bakıya getdi”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru