Müxalifət Cəmil Həsənlinin mitinqin təxirə salınması ilə bağlı təklifini dəstəkləyir - "...bu, doğru addımdır"

31-10-2019, 17:21           
Müxalifət Cəmil Həsənlinin mitinqin təxirə salınması ilə bağlı təklifini dəstəkləyir - "...bu, doğru addımdır"
Milli Şuranın sədri Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Təşkilatçılar hələlik təklifə reaksiya verməsələr də, bəzi müxalifət fəalları bu təklifi müsbət qiymətləndiriblər...

Bu barədə fikirlərini Reyting.az-la bölüşən Müsavat Partiyasının fəalı Yadigar Sadıqlı Cəmil Həsənlinin təklifini müsbət qarşılayıb. Onun fikrincə, bu, doğru addımdır:

"Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi. Əgər yaxın perspektivdə hakimiyyəti devirmək ehtimalı yoxdursa, tez-tez qarşıdurmalara getmək rasional deyil.

19 oktyabr mitinqi uğurlu alındı, bir müddət onun verdiyi üstünlüklərdən istifadə etmək lazımdır. Xüsusən də işgəncələr əleyhinə ciddi kampaniyaya başlamaq zəruridir. Təəssüf ki, bu kampaniya arzuolunan səviyyədə deyil”.

Y. Sadıqlının sözlərinə görə, onun irəli sürdüyü təkliflərdən istifadə olunmayıb:

“Bir şeyi anlamaq lazımdır ki, Əliyev hakimiyyətinin xeyli dostları var, avtoritarizmə, seçkilərin saxtalaşdırmasına min bir bəhanə ilə haqq qazandırırlar. Amma işgəncələrə heç kim və heç bir əsasla haqq qazandırmağa risk etməz. Bundan maksimum yararlanmaq lazımdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.