Meksika prezidenti mormonların qətli ilə bağlı Trampa zəng edib

6-11-2019, 03:31           
Meksika prezidenti mormonların qətli ilə bağlı Trampa zəng edib
Meksika prezidenti Andres Manuel Lopez Obradorla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

“Report” un məlumatına görə, tərəflər Meksikada naməlum şəxslər tərəfindən Amerika vətəndaşlarının qətlini müzakirə ediblər.

“Mənə kömək etmək istədiyi üçün Trampa təşəkkür etdim və Meksika səlahiyyətlilərinin ədalətin təmin edilməsi üçün çalışdıqlarını bildirdim” - Obrador özünün "Twitter"dəki səhifəsində yazıb.

Qeyd edək ki, Meksikada Çiuaua və Sonora ştatında etno-dini qrup olan mormonlara hücum edilib. Hücum nəticəsində 9 nəfər qətlə yetirilib, 8 nəfər isə girov götürülüb. Öldürülənlərdən 6-sı uşaq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru