Bakı İstintaq Təcridxanasında saxlanılan Jurnalist on gündür aclıq aksiyası keçirir- Video

22-11-2019, 09:09           
Bakı İstintaq Təcridxanasında saxlanılan Jurnalist on gündür aclıq aksiyası keçirir- Video
Məhkəmə hakimləri tərəfindən çıxarılan ədalətsiz qərarlardan bir çox məsum insanlar günahsız olaraq həbs olunurlar. Belə olduğu təqdirdə cəmiyyətin böyük əksəriyyəti dövlətə qarşı müxalif qüvvəyə çevrilirlər. Beləliklə də bir sıra məmurun şəxsi maraqları naminə, ölkədə sabitliyin pozulması və xoşa gəlməz hadisələrin baş verməsi qaçılmaz hal kimi qeyd olunur.

“Kanal14.az” xəbər verir ki,üç ay əvvəl Bakı ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılov tərəfindən iki gənc jurnalist, Mirkənan Seyidov və Cəlal Məmmədov barəsində beş il müddətinə azadlıqdan məhrum olunmaları ilə bağlı qərar çıxarılmışdır. Məhkəmədə təqsirli bilinən jurnalistlərin yaxınlarının bildirdiyinə görə İddiaçı “Antalya” Mehman kimi tanınan şəxs əsassız ittiham irəli sürməklə yanaşı məhkəmə hakimini də müəyyən maraqlar hesabına ələ almışdır.

Hazırda isə bir neçə aydır ki,Apellyasiya məhkəməsində davam edən cinayət işi üzrə keçirilən proses müəyyən səbəblərdən bir neçə dəfə təxirə salınmışdır. Təqsirli bilinən jurnalist Cəlal Məmmədovun yaxınları “Kanal14.az” a bildirib ki, on gündən artıqdır ki, C.Məmmədov Kürdəxanı ərazisində yerləşən Bakı istintaq təcridxanasında aclıq aksiyası keçirir. Görünür ki,barəsində irəli sürülən ittihamın əsassız və qərəzli olduğunu həzm edə bilməyən gənc jurnalist ona qarşı olunan haqsızlığa görə həyatı təhlükəsini belə gözə almışdır. Ümidvarıq ki,Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ,məhbusun həyati təhlükəsizliyindən sorumlu olduğunu unutmamışdır.

“Kanal14.az”














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru