Gürcüstan səfirindən "Keşikçidağ"la bağlı AÇIQLAMA

19-12-2019, 00:01           
Gürcüstan səfirindən "Keşikçidağ"la bağlı AÇIQLAMA
“Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı status-kvo mərhələli şəkildə bərpa olunur”.

Teref.az “report”a istinadla xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

O, hazırda ruhanilərin kompleks ərazisində sərbəst şəkildə hərəkət etdiklərini deyib.

Səfir qeyd edib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini davam etdirir: "Komissiyanın növbəti iclasının gələn ilin əvvəlində Tbilisidə keçirilməsi nəzərdə tutulur. Toplantıda vacib nəticələrin əldə olunacağına ümid edirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru