Gürcüstan XİN: “Azərbaycanla sərhəd danışıqları mütləq davam etdiriləcək”

1-10-2020, 00:18           
Gürcüstan XİN: “Azərbaycanla sərhəd danışıqları mütləq davam etdiriləcək”
“Sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan birgə komissiyası çərçivəsində danışıqlar mütləq davam etdiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazir danışıqlar nəticəsində qarşılıqlı məqbul qərarın qəbul ediləcəyinə əminlik ifadə edib.

XİN başçısının sözlərinə görə, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Tbilisidə keçirdiyi birgə mətbuat konfransında Gürcüstanın danışıqları dərhal davam etdirməyə hazırlığına toxunub: “Komissiya tam yenilənib və biz danışıqların yeni mərhələlərinə hazır idik.

Lakin pandemiya buna mane oldu. Bununla belə, komissiyada təmsil olunan bütün dövlət qurumları gündəlik olaraq işləyib və təhlillər aparıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru