"Lukaşenko Krıma səfərə hazır olmasını bəyan etməklə Kiyevlə münasibətlərdə "körpüləri yandırdı"" - Kuleba

3-12-2021, 07:04           
"Lukaşenko Krıma səfərə hazır olmasını bəyan etməklə Kiyevlə münasibətlərdə "körpüləri yandırdı"" - Kuleba
“Lukaşenkonun Krıma səfərə hazır olması ilə bağlı sözləri Ukrayna ilə münasibətlərdə “yandırılan körpülərdir”.

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba cümə axşamı Latviyanın Sargs.lv nəşrinə müsahibəsində deyib.

“Bu, daha böyük mənzərənin kiçik, lakin çox vacib detalıdır. Bununla nə əldə edilir? Bu bəyanatla Lukaşenko, əslində, Ukrayna ilə münasibətlərdəki bütün körpüləri yandıraraq, Belarusu Ukraynaya düşmən ölkəyə çevirdi”, – deyə nazir Lukaşenkonu qınadı. Eyni zamanda Kuleba Lukaşenkonu prezident əvəzinə “diktator” adlandırıb.

Kuleba həmçinin bildirib ki, Ukrayna Belarus ordusunun Ukrayna dövlətinə hücuma hazır olmasının əlamətlərini görmür.

“Hələ ki, biz Belarus ordusunun Ukraynaya qarşı əməliyyatlara hazırlaşdığını və ya Belarus rəhbərliyinin Rusiyaya işğal təşkil etmək üçün öz ərazisindən istifadə etməyə icazə verə biləcəyini görmürük” – deyib. Nazir əlavə edib ki, Ukrayna “belə bir senarini çox ciddi səviyyədə nəzərdən keçirir”, – Kiyev isə “belə bir ehtimalı istisna etmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.