Makron fransızları qorxutdu – “O, Fransa prezidenti seçilsə...”

6-04-2022, 08:06           
Makron fransızları qorxutdu –
“Fransa Prezidenti Emmanuel Makron ifrat sağçı Milli Cəbhə partiyasının lideri Marin Le Penin prezident seçkilərində qalib gəlməsi ilə bağlı fransızların qorxularını artırıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

Makron Fransada ifrat sağçıların qələbəsinin “böyük qlobal iğtişaş”a səbəb olacağını iddia edib. Onun sözlərinə görə, daxili və beynəlxalq konsensusun belə uğursuzluğu, “böyük qlobal iğtişaş”ın həyəcanverici modelinə uyğun olacaq.

Məqalə müəllifinin fikrincə, Fransanın hazırkı prezidenti passiv seçici bazasını canlandırmaq üçün onunla Le Pen arasında uçurumun daraldığını göstərən sorğu məlumatlarından istifadə edir.

“Şişirtmə? Qorxu taktikası? Bəli, qismən. Makronun düşərgəsi bir az təşviş içindədir”, - məqalə müəllifi qeyd edib.

Fransada keçirilən son sorğunun nəticələrinə görə, Milli Cəbhənin lideri Makrondan cəmi beş faiz geridə qalır. Müəllif qeyd edib ki, bu nəticə Le Peni Fransa liderinin gözünə onunla hesablaşmalı olduğu qüvvə kimi göstərir.

Qəzet yazır ki, Makronun xeyrinə olan mühüm amil Le Penin dəstəyinin seçicilərin aşağı fəal bölmələrində cəmlənməsidir: gənc, daha az təhsilli və daha az təminatlı.

Marin Le Pen bu günədək Fransada keçirilən bütün seçkilərdə seçicilərin səslərini ala bilməyib.

Fransada seçkilərin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-nə təyin edilib. Prezident postu uğrunda 12 namizəd mübarizə aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.