Rusiyanı müdafiə edənlər, eşidin! - Danilko

6-04-2022, 12:48           
Rusiyanı müdafiə edənlər, eşidin! - Danilko
Dünya şöhrətli ukraynalı artist və Ukraynanın “Avroviziya” iştirakçısı “Andrey Danilko” ləqəbli Verka Serdyuçka (daha doğrusu tərsinə T.az) rus ordusunun Kiyevətrafı qəsəbələrdə, xüsusən də Buçada törətdikləri vəhşiliklərdən sarsıldığını bildirib.

Kult.az xəbər verir ki, o, bu barədə “TabloID”ə müsahibəsində deyib.

Rusiyanın Ukraynadakı vəhşilikləri saxta adlandırması da onu şoka salıb:

“Ukraynadakı müharibəyə görə rus ordusu artıq cəza çəkir. Rusiyanın bütün dünyadan təcrid olunması onlara cəzadır. Onları dəstəkləyənlərə isə bir sözüm var. Corc Oruellin sözlərini sitat gətirim: “Əclafları, məğlubları, cinayətkarları, oğruları seçən insanlar qurban deyil, iştirakçıdırlar”. Bu, tamamilə düzgün ifadədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru