Rəsmi Moskvadan diplomatların ölkələrdən çıxarılmasına - Reaksiya

6-04-2022, 12:52           
Rəsmi Moskvadan diplomatların ölkələrdən çıxarılmasına - Reaksiya
“Moskva Rusiyaya qarşı edilən hər bir qeyri-dost hərəkətə müvafiq cavab verəcək”.

Manset.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova “Sputnik” radiostansiyasının efirində bir çox Qərb ölkəsi tərəfindən rusiyalı diplomatların ölkədən çıxarılması hallarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qərb son illər ərzində rusiyalı diplomatların “arzuolunmaz şəxs” elan edilməsini informasiya və siyasi hücum kimi istifadə etməyə başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.