Rus diplomat BMT-də Buçadakı qətliamı ETİRAF ETDİ - VİDEO

6-04-2022, 12:13           
Rus diplomat BMT-də Buçadakı qətliamı ETİRAF ETDİ - VİDEO
Rusiyanın BMT-dəki nümayəndəsi Vasil Nebenzya rus qoşunlarının Buçadakı vəhşiliklərdə iştirakını etiraf edib və dəfələrlə Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”nı müharibə adlandırıb.

Teref.az-ın yazdığına görə "Unikal" xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Sergey Kislitsia məlumat yayıb.

Belə ki, rus diplomatı qəfil qeyd-şərt qoymadan “rus qoşunları gələnə qədər” Buçada meyit olmadığını bildirib. Daha sonra rus diplomat yalnışlığa yol verdiyini ifadə edərək, üzr istəyib.

Onun bu çıxışı dünya mediasında gündəm mövzusuna çevrilib.

Qeyd edək ki, Buça azad edildikdən sonra Ukrayna mətbuatında rus işğalçılarının vəhşiliklərini əks etdirən çoxsaylı foto və videolar yayılıb. Xüsusilə də görüntülərdə Buça küçələrində yatan ölən mülki şəxslərin cəsədləri əks olunub.

Rusiya Müdafiə Nazirliyi Buça sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi və işgəncələrə məruz qalmasında iştirakını rədd edib. İddiaya görə, cəsədlər bu yaxınlarda bütün rus bölmələri Buçadan martın 30-da tamamilə ayrıldıqdan sonra küçəyə atılıb.

Rusiya aprelin 4-də Buçada “Ukraynalı radikalların təxribatları” ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb etsə də, rədd edilib.

“The New York Times”ın peyk görüntülərinin təhlili göstərib ki, Rusiyanın əsgərləri şəhəri tərk etdikdən sonra Buçada mülki əhalinin öldürülməsi ilə bağlı iddiaları həqiqətə uyğun deyil. Üç həftədən çox əvvəl Rusiya hərbçilərinin şəhərə nəzarəti zəminində çoxlu mülki vətəndaş həlak olmuşdu.

Gülayə Mecid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.