"Belə davam etsə, Rusiya "qan" itirməkdən öləcək" - XAQANİ CƏFƏRLİ

6-04-2022, 16:56           
"Belə davam etsə, Rusiya "qan" itirməkdən öləcək" - XAQANİ CƏFƏRLİ
"Maliyyəçilər Rusiyanın valyuta ehtiyatlarının və gəlirlərinin kəskin azalmasının fəlakətli olacağı ilə bağlı xəbərdarlıq edirlər"

"Rusiya qan itirməkdə davam edir. Mart ayı ərzində Rusiya Mərkəzi Bankının nəzarətində olan valyuta ehtiyatları 40 milyard dollar azalıb. Ukraynaya qarşı müharibədən əvvəl Rusiya Mərkəzi Bankının 604 milyard dollar valyuta ehtiyatı olub. Həmin ehtiyatın 415 milyard dollarının yerləşdiyi xarici bank hesabları dondurulub. Rusiya Mərkəzi Bankının istifadə edə bildiyi ehtiyat isə sürətlə "əriyir"". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, əgər qarşıdakı aylarda da mart ayında olduğu kimi Rusiya Mərkəzi Bankı valyuta ehtiyatlarını xərcləsə, o zaman payızda tamamilə valyutasız qalacaq: "Rusiya büdcəsinə daxil olmalar da başqa bir təhlükəyə çevrilib. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, mart ayında neft və qaz gəlirlərindən büdcəyə daxil olma kəskin azalıb. Nəticədə büdcəyə nəzərdə tutulandan 302 milyard rubl az pul daxil olub. Maliyyəçilər Rusiyanın valyuta ehtiyatlarının və gəlirlərinin kəskin azalmasının fəlakətli olacağı ilə bağlı xəbərdarlıq edirlər".

Xaqani Cəfərli onu da əlavə edib ki, Ukraynadakı müharibə Rusiyanın maddi və mənəvi resurslarını kəskin tükədir: "Rusiya belə sürətlə tükənməkdə davam etsə, kənar müdaxiləyə ehtiyac qalmayacaq. Çünki "qan" itirməkdən öləcək".

Vazeh BƏHRAMOĞLU,












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.