“Biz Putinə hər gün 1 milyard avro ödəyirik” – Cozef Borrell

6-04-2022, 17:06           
“Biz Putinə hər gün 1 milyard avro ödəyirik” – Cozef Borrell
Ukraynada müharibə başlayandan Avropa İttifaqı (Aİ) Rusiyadan 35 milyard avro dəyərində yanacaq alıb.


APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell Avropa Parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, Aİ bu müddətdə Ukraynaya cəmi 1 milyard avro dəyərində silah-sursat yardımı edib.

“Biz ukraynalılara özlərini müdafiə etmələri üçün yardım etməliyik. Biz Ukraynaya 1 milyard avro vermişik. Bu çox görünə bilər, lakin bu məbləği biz (Rusiya Prezidenti Vladimir – red.) Putinə bizə tədarük etdiyi enerjiyə görə hər gün ödəyirik. Bu gün biz kömür alışına son veririk, lakin bunun həmin məbləğdəki payı çox kiçikdir ”, – Borrell qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru