Sərhəd delimitasiyası: Birgə Komissiyanın iclası olacaq

7-04-2022, 08:05           
Sərhəd delimitasiyası:
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə Soçi Bəyanatına (26 noyabr 2021-ci il) uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının çağırılması qərara alınıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair bəyanatında bildirilib.

Birgə Sərhəd Komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

Bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasını işləyib hazırlamaq tapşırılması qərara alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru