Yeni faşizmin doktrinasını yazan adamı bağışlamaq olarmı?

7-04-2022, 12:38           
Yeni faşizmin doktrinasını yazan adamı bağışlamaq olarmı?
“İkinci Hitler”in birbaşa əmri ilə Ukraynanın Buça şəhəri yerlə bir edildi.

Təxminən 37 min əhalisi olan şəhərdə bir salamat bina və küçə qalmayıb.

Bütün dünya ayaq üstədir. Törətdiyi ağır insani cinayətə görə İkinci Hitlerin beynəlxalq tribunal qarısında dayanmasını tələb edir. Sözün əsl mənasında Ukraynanın bir şəhəri külə döndərilib. Bunlar düzələsidi, yıxılan daşları yenidən ucaltmaq imkanları tükənməyib. Böyük dövlətlərin köməyi ilə Buçada dağıdılan yaşayış və inzibati binaların, xəstəxanaların, məktəblərin, uşaq baxçalarının və küçələrin yerində daha yaxşısı tikiləcək. Ancaq düzələ bilməyəcək, bir daha tikilməyəcək ömürlərdir ki, onları bir daha geri qaytarmaq mümkün olmayacaqdır.

Rusiya ordusunun müasir raketlərdən, ağır artilleriya komplekslərindən, T 90 tanklarından açdığı atəşlər nəticəsində 1000-lə günahsız və silahsız insan qətlə yetirilmişdir. Buçanın küçələrinə, yaşayış binalarının önünə meyidlər sanki səpələnmişdi. Öldürüləcəklərindən qorxaraq yaşayış binalarının zirzəmisində gizlənən əsasən qadın və uşaqlardan ibarət sakinləri hitlerçi silahlı dəstələr zirzəmilərə soxularaq onları oradan çıxarıb biri digərinə bağlayandan sonra diri-diri üstlərinə benzin tökərək yandırırdılar. Gənc qızları isə rus döyüşçülərinə aid “Vilis” maşınlarlna doldurub harasa aparırdılar. Demək olar ki, Buça şəhərindəki bütün yaşayış binalarında dinc əhalini bu cür vəhşi metodlarla həyatdan məhrum edirmişlər. Küçələrdə asfalt üzərində parça-tikə edilmiş cəsədlərin üzərinə ac pişik və itlərin döşənib bir ucdan da meyidləri bunların sökməsi haqda sosial şəbəkələrdə yayılan xəbərləri həyacansız oxumaq olmur. Doğum evlərində öldürülən hamilə qadınları, hətta bətnində 6 aylıq uşağı olan ananın qarnınna 10-a yaxın avtomat gülləsi sıxaraq öldürən qatili insan-adam adlandırmaq sadəcə mümkün deyil. Müasir hitlerçilərin 1941-45-ci illərin hitlerçi sələflərindən bir mühüm fərqi vardır. İndikilərə əsir götürmək yasaqlanıb. Xüsusi əmrə görə ələ keçirilən və istənilən mülki və ya hərbiçi olsun rütbəsindən asılı olmayaraq hər kəs yerindəcə öldürürülməli idi.
Müharibədə ölənin əziyyətini özləri çəkir, canlını götürüb əlavə problem yaratmaq prinsipi rus ordusu üçün əlverişsiz hərbi taktika hesab edilir. Ruslar Ukraynaya elan etdikləri savaşın ilk günündəncə daha qəddar və daha vəhşi döyüş qaydasını hərəkətə gətirdilər. Beləliklə, Buça şəhərində əsl soyqırım baş verdi. Bu qanlı tarixin müəllifi uzaqlarda deyil. Oturub Kremldə və SSRİ-ni bərpa etmək məqsədi ilə belə bir dəhşət saçan yola əl atıb. Təsəvvür edilməsi ağla belə yerləşməyən, insanın damarında qanını donduran ukraynalı bir qadının sosial şəbəkələrdə səsləndirdiyi əxlaqsız hadisəni olduğu kimi ictimai fikrə çatdırmağı lazım bilirəm. Rus faşizminin yırtıcı simasını biabırçı şəkildə təqdim edən ukraynalı qadının ağlaya-ağlaya dediyi sözlər: ” Mənim evim Buça şəhər parkının yanındadır. Rusların hücumundan xilas olmaq üçün mən də daxil olmaqla şəhər merinin tapşırığı ilə şəhərdəki binaların sakinləri, o cümlədən də binamızda yaşayan ahıl və qocalar, qadınlar və körpə uşaqlar zirzəmiyə düşərək orada gizləndik. Göydən bombalar yağıştək yağırdı. Bina titrəyişdən az qala bu dəqiqə başımıza uçacaqdı. Anaların, körpələrin ağlayış səsi ərşə qalxırdı. Elə bu an içkili rus əsgərləri zirzəminin qapısını qırıb içəriyə doluşdular. Əllərinə keçəni sürüyə-sürüyə bayıra çıxarırdılar. Bəxtimiz gətirdi, mən və 4 nəfər bina sakini zirzəminin güncündə taxtaların altında gizləndik və bizi görə bilmədilər. Əsgərlərdən biri bayırda qışqıra-qışqıra komandir icazə ver bunları cəhənnəmə yola salım, dedi. Komandir Seryoja olmaz, biz əmri icra etməliyik. hamısını rezin şılanq və yoğun kəndirlə bir-birinə bağlayıb üstlərinə benzin töküb yandırmalıyıq. Yuxarıdan verilən tapşırıq belədir.” Görün nələr baş verir?! Özü də 21-ci əsrdə. Dünyanın ədaləti olsaydı, indi Buça qətliamı da baş verməzdi. 366-cı rus alayının yaxından köməkliyi ilə erməni faşizmi 1992-ci ildə Xocalı soyqırımına göz yummasaydı, bəli, vəziyyət indi başqa şəkildə inkişaf etmiş olardı. Xocalı şəhər əəhalisini ucdantutma qırdılar, dünyanın isə səs çıxmadı. Burda da Buça qətliamında hamilə qadın üzərində aparılan vəhşi “təcrübə”dən daha dəhşətlisi istifadə olunmuşdur. İnsanlıqdan xəbərsiz erməni faşisti hamilə ananın qarnını xəncərlə yarıb 8 aylıq oğlan uşağını çıxardır və hələ nəyin baş verdiyini bilməyən və anlamayan, doğuşuna bir ay qalmış körpə qardaşımızın başını əlindəki xəncərlə bədəndən ayırır. Buça-Xocalı faciəsini Ukrayna və Azərbaycan xalqına yedirdən eyni mərkəz olmuşdur. Beynəlxalq aləm deyəsən artıq İkinci Hitlerin yediyi haram və qana bürünmüş çörəyi burnundan tam gətirmək qərarına gəlib. Rusiyanın FSB rəhbərinin ölkədə dövlət çevrilişinin həyata keçirilməsinə zəmin yaratmaq məqsədi ilə guya məlum qüvvələrin Buça hadisəsini qəsdən törətməsi planlaşdırılmış məsələdir və bu istiqamətdə yaxın günlədə hər şeyin üzə çıxarılacağı barədə verdiyi bu yanlış bəyanatı ilə göstərdi ki, problemin kökündə hansı sirr gizləndilir. FSB-nin bununla Qərbə, xüsusilə Birləşmiş Ştatlara işarə vurduğu apaydın görünür. Rusiyanın xüsusi kəşfiyyat idarəsinin bu yolla prezident Putini canavarın ağzından qoparmaq üçün göstərdiyi səy sadəlövh səydir. Gec, ya tez “İkinci Hitler” beynəlxalq məhkəmə qarşısında Buça cinayətinə görə cavab verməli olacaqdır. O, bu ağır cinayət əməli ilə yeni faşizmin doktrinasını yazdı.

Onu bağışlamaq olarmı!?

Eldar Sabiroğlu,
sabiq millət vəkili, Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.