Bizi əsassız olaraq təcavüzkarın şəriki elan etdilər - Lukaşenko

7-04-2022, 15:14           
Bizi əsassız olaraq təcavüzkarın şəriki elan etdilər - Lukaşenko
"Ukraynaya qarşı təcavüzdə şəriklik ittihamları əsassızdır və sübuta yetirilməmişdir”. Bizimxeber.az bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib.

Eyni zamanda, Lukaşenko bildirib ki, Rusiya işğalı başlayandan dərhal sonra, o, Ukrayna ilə Rusiya Federasiyası arasında dialoq qurmağa çalışıb: "Lakin hərbçilərimizin və diplomatlarımızın peşəkar hərəkətləri Qərbə təsirsiz ötüşməyib. Heç bir sübut və əsas olmadan Belarus təcavüzkarın şəriki elan edilib",
- Lukaşenko bildirib: "Belarusa qarşı dərhal növbəti sanksiyalar tətbiq edildi. Belarusa qarşı başlayan iqtisadi müharibənin əsas məqsədi əhalinin rifahını pozmaqdır.
Belarusa qarşı iqtisadi müharibə iki ilə yaxındır ki, davam edir. Ukraynada baş verənləri nəzərə alsaq, bizə qarşı hücum bütün cəbhələrdə gedib: ticarət, maliyyə, logistika. Əsas məqsəd bizim ixrac kanallarımızı bağlamaqdır".

O əlavə edib ki, Rusiya-Ukrayna münasibətlərinin inkişafından asılı olmayaraq Belarusa qarşı sanksiyalar tətbiq olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.