Putindən ABŞ-a sərt mesaj: "Anlayacaqsınız"

28-05-2016, 09:23           

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini Şərqi Avropaya yerləşdirməsinə sərt reaksiya verib.

Axar.az xəbər verir ki, Afinada Aleksis Çiprasla görüşən Putin mətbuata açıqlamasında ABŞ-ı açıq şəkildə təhdid edib.

"Rumıniya xalqı mərmilərin özlərinə qayıtmasının necə bir şey olduğunu anlayacaq. Bu, eyni ilə Polşaya da aiddir. Bu raket əleyhinə müdafiə sistemi Rusiyanın təhlükəsizliyinə açıq təhdiddir. İlk addımı biz atmadıq, yalnız ABŞ-ın addımlarına cavab verdik. Sərhədimizdə bizə qarşı yönələn raketləri görməzdən gəlməyəcəyik", - Putin qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru