“Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək” - Teya Tsulukiani

15-01-2023, 14:04           
“Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək” - Teya Tsulukiani
“Gürcüstan münaqişədə iştirak etmək istəmədiyi üçün Ukraynaya hərbi yardım göstərməyəcək”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani bildirib.

“Gürcüstan hakimiyyəti dövlətin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək, ona görə də təbii ki, biz qarşıdurmada iştirak edən tərəflərdən birinə hərbi yardım göstərə bilməyəcəyik. Üstəlik, bildiyimə görə, biz aldığımız belə silahların transferindən danışırıq”-deyə, o bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan çoxlu silahlı münaqişələr yaşayıb və hakimiyyətin vəzifəsi bunun bir daha baş verməməsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.