Baronessa Koks hələ də danışır, Zori Balayan isə çoxdan susub

16-01-2023, 08:54           
Baronessa Koks hələ də danışır, Zori Balayan isə çoxdan susub
85 yaşlı britaniyalı Baronessa Koks (Caroline Anne Cox, Baroness Cox) ermənilər arasında son dərəcə populyar birisidir. Adam az qala bütün ömrünü ermənilərə həsr edib. Təsadüfi deyil ki, ABŞ erməni lobbisinin əsas lokomotivi olan konqresmen Frenke Pallone bu xanımı əsl erməni millətçisi, Ermənistan və Qarabağ üçün canını verməyə hazır birisi" adlandırıb. Tomas de Veel, Ermənistan-Azərbaycan münaqişəsindəki Karolina Koksu-un iştirakını izah edərkən onu "Qarabağ ermənilərinin ehtiraslı tərəfdarı" adlandırıb. Bu xanım 2018-ci ilin məlumatına görə 80 dəfədən çox Qarabağda olub. Bütün səfərlərdə onu yazıçı Zori Balayan müşayət edib. Zori Balayan 80-ci illərin əvvəllərində yazdığı "Ocaq" əsəri Balayan Qarabağ və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. (O da maraqlıdır ki, Zori Balayanın səsi daha gəlmir. Sanki heç belə birisi bu dünyada yoxdur.)
Baronessa Koks həmişə ermənilərə maddi və mənəvi dəstək verib. "Azərbaycanın işğal olunmuş əraziləri"nə icazəsiz səfərlərinə görə Azərbaycan hökuməti bu xanımı adını rəsmən qara siyahıya salıb.
O, anti-islamçı kimi də şöhrət qazanıb. Açıq şəkildə xristian funadmetalizmini təbliğ edir.
Britaniya Lordlar Palatasının üzvü olan bu xanım Laçın dəhlizinin açılması üçün xarici işlər nazirliyinə müraciət edib. Britaniyanı “növbəti erməni genosidinin qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb”.
Gördüyünüz kimi, bu xanım da əsl erməni kimi hər kəsi “genosid” sözü ilə qorxutmağı sevir. Bu xanım Qarabağ ermənilərinin soyqırımı haqqında kitab da yazıb...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.