İran Müdafiə Nazirliyi edam edilən Əlirza Əkbəri ilə bağlı bəyanat yayıb

17-01-2023, 00:07           
İran Müdafiə Nazirliyi edam edilən Əlirza Əkbəri ilə bağlı bəyanat yayıb
İran İslam Respublikasının Müdafiə Nazirliyi şənbə günü Britaniyaya casusluq ittihamı ilə edam edilən Əlirza Əkbəri ilə bağlı bəyanat yayıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu gün yayılan bəyanatda Əlirza Əkbərinin Müdafiə Nazirliyində heç vaxt nazir müavini vəzifəsini icra etmədiyini bildirilib.

Bəyanata görə, 2002-ci ildə təqaüdə çıxan Əlirza Əkbəri Nazirlikdəki fəaliyyətinin sonunda Müdafiə Araşdırmaları İdarəsinin rəisi vəzifəsində çalışıb.

İranda hökumətə yaxın saytlar Əlirza Əkbərinin edam xəbərini yazarkən onun sabiq prezident Məhəmməd Hatəmi hökumətində müdafiə naziri olan Əli Şamxaninin müavini olduğunu bildirirdi.

ISNA xəbər agentliyi Əlirza Əkbərini müdafiə nazirinin keçmiş müavini və müdafiə nazirinin strateji məsələlər üzrə müşaviri kimi təqdim etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru