Mənə bu gün təxmini saat 20:00 radələrində Cemil Memmedli zəng edərək bildirdi ki, məni uje tutdular. Gəlib telefonlarımı ofisdən götürərsən. Cəmilin bu yaxınlarda tutulacağını biz hamımız bilirdik. Çünki, Xaçmaz RPŞ-də instintaq gedirdi. Teref.az yazır ki, bunu araşdırmaçı jurnalist Cəmil Məmmədlinin operatoru Vüsal Başaratva yazır. Vüsal bəy daha sonra bu məsələ ilə bağlı yazır: DİN-in mətbuat xidməti də Cəmil Məmmədlinin tutulma xəbərini təkzib edib. Əyər doğurdan da tutulmadısa Cəmil Məmmədlinin sonuncu zəngindən bu yana niyə bir xəbər ala bilmirik? Görəsən onda Cəmil Məmmədli hardadır? Sən vurmadın, mən yıxılmadım. Bəs hardadı? Göyə çıxdı? Biz də istəyirik təki tutulmasın... Teref.az olaraq bizdə araşdırmaçı jurnalist Cəmil Məmmədlinin həbs edilməyəcəyinə ümid edərək ondan xəbər çıxmasını gözləyirik! Teref.az