Polşa Almaniyaya çağırış etdi: “Tankları anbarlarda gizlətməyin”

17-01-2023, 12:24           
Polşa Almaniyaya çağırış etdi:
“Almaniya Kiyevə hərbi yardım göstərməlidir, silahları anbarlarda gizlətməli deyil”.

Bu sözləri Polşa Baş naziri Mateuş Moravetski deyib.

“Mən Almaniya hökumətini Ukraynaya bütün növ silahların göndərilməsi üçün qətiyyətli addım atmağa çağırıram. Biz illərdir ağır texnikaya, tanklara sərmayə qoymuşuq. Onlar anbarlarda paslanmamalıdır. Onlardan istifadə edilməlidir”, - deyə baş nazir vurğulayıb.

Mənbə: “Polsatnews”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.