Lavrov Türkiyəni vurdu: “Berlinin qətnaməsi...”

5-06-2016, 09:02           

Türkiyənin Almaniya parlamentinin “erməni soyqırımı”nı tanınmaq qərarına reaksiyası qeyri-adekvat idi.

Axar.az xəbər verir ki, bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Almaniyanın bu addımı atmasına səbəb Türkiyənin bir sıra məsələlərdə onunla əməkdaş olmaq istəməməsi, periodik olaraq skandallar yaratmağa cəhd etməsi, özünün Avropadakı tərəfdaşlarını aşağılaması olub. O, Rusiyanın bu məsələnin Almaniya parlamentində səsə qoyulması haqqında ən son bilən dövlətlərdən biri olduğunu bildirib. Lavrov Bundestaqın qərarının alman deputatlarının öz iradələrinin nəticəsi olduğunu söyləyib.

Qeyd edək ki, iki gün öncə Almaniya parlamenti qondarma erməni soyqırımının tanınması haqqında qətnaməni qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru